"ARB Günəş"in istehsalı olan "Xocalı" klipinin təqdimat mərasimi keçirilib

22 2019 10:06

“ARB Günəş”in istehsalı olan “Xocalı” klipinin təqdimat mərasimi keçirilib. Tədbir Beynəlxalq Mətbuat Mərkəzində baş tutub. Təqdimat mərasiminə millət vəkilləri, media nümayəndələri, incəsənət xadimləri və tanınmış ziyalılar qatılıb. Klip Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsini əks etdirir. Ekran işinin əsas süjet xətti müharibənin uşaqlara yaşatdığı acılar, savaşa onların gözü ilə baxmaq üzərində qurulub. Çıxış edənlər ölkənin ilk uşaq kanalı “ARB Günəş”in bu addımını yüksək qiymətləndiriblər. Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılmasında klipin böyük əhəmiyyəti olduğunu vurğulayıblar. Klipin quruluşçu rejissoru Dəyanət Rzayev, musiqi kompozisiyasının müəllifi isə tanınmış bəstəkar Sevinc Tofiqqızıdır.Tədbirdə Xocalı klipi il bərabər,  “ARB Günəş”in  “Onlar uşaqlığını yaşaya bilmir” devizi altında cəbhə bölgəsində çəkdiyi videoçarxlar da nümayiş olunub.