Məktəblilər “Alov” qüllələrinin və qədim nəqliyyat vasitəsi olan faytonun maketlərini hazırlayıblar

22 2019 11:09

Xaçmaz rayonu, Canaxır kənd Sənətkarlıq Klubunun istedadlı üzvləri Bakının müasir simvolu kimi tanınan “Alov” qüllələrinin və qədim nəqliyyat vasitəsi olan faytonun  maketlərini hazırlayıblar. Dostlarımız əl işlərini tullantı materiallarından ərsəyə gətiriblər. Alov qüllələri maketinin hündürlüyü 50 santimetrdir. Uşaqlar əl işinin cəlbedici olması üçün daxilinə işıqlar yerləşdiriblər. Məktəblilər faytonun döşəməsini dondurma çubuqlarından, təkərlərini isə rezin qaytandan və diş çöplərindən düzəldiblər. Şagirdlərin sonuncu əl işi cəhrədir. Dərnək üzvləri hazırladıqları maketləri regionda təşkil olunacaq yaradıcılıq sərgisində nümayiş etdirəcəklər.