Xaçmaz 7 saylı tam orta məktəbin 3 şagirdi Fənn Olimpiadasında yarımfinala yüksəlib

22 2019 11:12

Xaçmaz şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nəzrin Tahirli Respublika Fənn Olimpiadasında iştirak edərək uğur qazanıb. Məktəbli bilik yarışmasına ədəbiyyat fənni üzrə qatılıb. Nəzrin 100-dən artıq şagirdin iştirak etdiyi  rayon mərhələsində 45 bal toplayaraq növbəti tura keçib.Nərmin Cəfərova olimpiyadaya tarix fənninən qatılıb. Məktəbli rayon turunun qalibi olub. Birinciliyə iddialı olan dostumuz yarımfinal mərhələsində biliyini sınayacaq. Tədris ocağının daha bir şagirdi, Sənəm Osmanova olimpiadada  biologiya fənni üzrə biliyini sınayıb. Məktəbli uğur qazanaraq növbəti mərhələyə adlayıb. Bu dəfə o, yarımfinal mərhələsində rəqibləri ilə yarışacaq.Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilir. Növbəti tur region mərhələsidir. Bu mərhələnin qalibləri finalda biliklərini sınayacaqlar.