Fast-food qidaların orqanizmə hansı ziyanı var?

22 2019 11:15

Müasir dövrdə insan sağlamlığına mənfi təsir göstərən amillərdən biri də fast food, yəni ayaqüstü qidalardır. Məktəblilər arasında da bu cür qidalanma geniş yayılıb. Qısa müddətdə ərsəyə gələn, qızardılmış ət məhsullarından hazırlanan ayaqüstü yeməklər orqanizmdə müxtəlif fəsadlar yaradır. Aclıq hissini aradan qaldırsa da, xeyirdən çox ziyan gətirir.Araşdırma nəticəsində məlum olub ki, "fast-food" qidalar uşaqlarda piylənmə yaradır və bir sıra zehni problemlərə yol açır.  Mütəmadi ayaqüstü yeməklərdən istifadə məktəblilərdə öyrənmə pozğunluğu, yaddaş zəifliyi və ruh düşkünlüyü  daha çox müşahidə olunur. Eyni zamanda  fast food qidalar sümüklərin inkişafdan qalmasına səbəb olur. Bu da öz növbəsində boy artımının qarşısını alır.Həkimlər məsləhət görür ki, valideynlər balacaları quru, ayaqüstü qidalardan mümkün qədər uzaq tutsunlar. Sağlam olmaq üçün uşaqlar meyvə-tərəvəz, süd və süd məhsulları qəbul etməlidir. Həftə ərzində qida rasionunda ət yer almalıdır. Həddən artıq şəkərli və duzlu qidalar uşaq orqanizmi üçün ziyanlıdır.