Bakı Xareoqrafiya Akademiyasının tam orta məktəbində Beynəlxalaq Ana dili günü münasibəti ilə tədbir təşkil olunub

23 2019 14:54

Tədbirin keçirilməsində məqsəd uşaqların ana dilinə olan bağlılığını möhkəmləndirmək və onlarda doğma dilimizə sevgi aşılamaqdır. Dövlət himninin səslənməsi ilə başlayan tədbir iştirakçıların çıxışları ilə davam edib. Daha sonra ana dilinin qorunması ilə bağlı videoçarx nümayiş olunub. İstedadlı dostlarımız tamaşaçılara maraqlı səhnəciklər və rəngarəng rəqslər təqdim ediblər. Xocalı rayon 2 saylı musiqi məktəbindən gələn qonaqların ifası da alqışlarla qarşılanıb. Tədbirin sonunda təqdim olunan möhtəşəm rəqs kompozisiyası hamını yüksək əhval-ruhiyyəyə  kökləyib. Məktəblilər maraqlı çıxışları ilə vətənimizə, ana dilimizə olan sevgilərini bir daha təsdiqləyiblər.