Uşaqların tez dil açması üçün nə etməliyik?

19 2018 16:10

Əgər evdə körpə uşaq varsa hamı səbirsizliklə onun nə vaxt dil açacağını gözləyir. Körpələr 15 aylığına kimi müəyyən səslər çıxarır, aydın olmayan sözlər deyirlər. Bu dövrdə eşitdikləri səsləri təqlid etməyə başlayırlar. Həmin səslər zamanla sözlərə, sonra cümləyə çevrilir. Uşağın tez dil açması və ya bu prosesin gecikməməsi üçün bir sıra üsullardan istifadə etmək olar. Tərbiyəçi Pərvanə Məmmədova deyir ki, valideyn gün ərzində bir neçə saat körpə ilə ünsiyyət qurmalıdır ki uşaq tez danışmağa başlasın.Uşağın nitqinin normal inkişaf etməsi üçün körpə vaxtından onunla danışmaq, mahnılar, şeirlər oxumaq, nağıl danışmaq lazımdır.Mütəxəssislər bildirir ki, əgər 12-ci ayından sonra uşaq hələ də səs çıxarmırsa, danışmağa cəhd etmirsə, ətrafında baş verənlərə reaksiya vermirsə bu narahatlığa əsas verir. Bu zaman həkimə müraciət olunmalıdır.