Qubada Uşaq və Gənclərin ənənəvi yaradıcılıq gecəsi baş tutub

23 2019 16:02

Tədbir Quba rayon Təhsil Şöbəsinin və Quba Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Uşaq və Gənclərin Yaradıcılıq Gecəsinə Quba, Bakı və qonşu ölkə Gürcüstanı təmsil edən rəqs kollektivləri qatılıb. İştirakçılar əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra səhnəyə çıxan istedadlı dostlarımız maraqlı rəqs kompozisiyaları təqdim ediblər. Məktəblilərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.  Uşaq və Gənclərin ənənəvi yaradıcılıq gecəsinin keçirilməsində məqsəd istedad məktəbliləri üzə çıxarmaq və onları həvəsləndirməkdir. Gürcüstanı təmsil edən rəqs qrupu  milli rəqslərini və adət-ənənələrini nümayiş etdiriblər.Yaradıcılıq gecəsi uşaqların yaddaşında maraqlı anlar və xoş təəssüratlarla qalıb.