Uşaqlar “Xocalıya ədalət” kampaniyası çərçivəsində əkdikləri ağaclara qulluq ediblər

23 2019 16:06

“Xocalıya ədalət” beynəlxalq  məlumatlandırma kampaniyası çərçivəsində 100-ə yaxın məktəbli ötən il əkilən ağaclara qulluq ediblər. Layihə IDEA İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə ötən il 63 həmişəyaşıl sərv ağacı əkilib. Ağaclardan faciənin qurbanı olan uşaqların adı, soyadı və yaşı əks olunan lövhələr asılıb. Məktəblilər sərv ağaclarının dibini yumşaldıb, onlara su veriblər.  “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.