Tanınmış aktyor Qurban Məsimov: “Şagird yoldaşlarımın cibinə girib pullarını götürürdüm”

26 2019 09:21

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, tanınmış aktyor Qurban Məsimov “ARB Günəş” in “Mən məktəbli ikən” verilişində qonaq olub. O bildirib ki, Şəki şəhər 8 saylı tam orta məktəbdə oxuyub.Tanınmış aktyor məktəb illəri ilə bağlı xatirələrini bölüşərkən deyib ki, Şəkiyə gedəndə təhsil aldığı məktəbə mütləq baş çəkir. Şagird ikən teatra böyük maraq göstərən aktyorun sözlərinə görə, tez-tez sinif yoldaşları üçün foks nömrələri göstərib: “Səhnəyə çıxmazdan əvvəl şagird yoldaşlarımın cibinə girib onların pullarını, qələmlərini, döş nişanlarını götürüdüm. Bilirdim ki, hamı yığışıb məni izləyəcək. Səhnədə bu əşyaları onlara göstərəndə hamı təəccüblənirdi ki, görəsən Qurban bunu bizim cibimizdən  necə çıxarır? Sonra uşaqların məktəbdə nəyisə itəndə hamı məndən şübhələnirdi, buna görə də bu əməlimdən çəkindim” – deyə, aktyor əlavə edib.  “Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.