Brayl əlifbası nədir?

26 2019 10:41

Görmə qabiliyyətini itirən və zəif görən uşaqlar oxuyub yazmaq üçün brayl əlifbasından istifadə edir. Brayl əlifbasında hərfləri 2 sütuna yerləşdirilmiş 6 nöqtə əvəzləyir. Həmin sistemdə 8 nöqtədən istifadə olunan qayda da mövcuddur. Bəs görmə qabiliyyətini itirən uşaqların təhsil, təlim   nələrə diqqət olunmalıdır? Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasında yerli və dünya ədəbiyyatına məxsus brayl əlifbası ilə yazılan kitablar var. Görməsi məhdud olan uşaqlar üçün xüsusi proqram da mövcuddur. Həmçinin dostlarımız  burada səsli nağılları da dinləyə bilərlər. Kitabxananın görmə qabiliyyətini itirmiş 50 oxucusu var. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, ölkəmizdə brayl əlifbası ilə yazılan dərsliklər azdır. Bəs məsələnin həll yolu necə olmalıdır?Brayl əlifbasını  ilk dəfə 1824-cü ildə Paris Milli İnstitunun tələbəsi  Lui Brayl yaradıb. 3 yaşında olarkən çəkməçi oğlu Luinin atasının ayaqqabı emalatxanasında gözünə biz batıb. Bir müddət sonra görmə qabiliyyətini itirib. 15 yaşında nöqtələrdən ibarət xüsusi əlifba yaradıb. Bu əlifba onun adı ilə bağlı olaraq Brayl əlifbası adlandırılıb. Həmin əlifba ilə dəqiqədə 150 söz oxumaq mümkündür. Bu normal görmə qabiliyyəti olan insanların oxuma tezliyindən təxminən 2 dəfə azdır.