Kinetik qumun uşaqlara hansı faydaları var?

26 2019 10:54

Uşaqların zehnini inkişaf etdirən bir çox oyun növləri var. Onlardan biri də kinetik qumla oyundur. 98 faiz saf qum, 2 faiz digər qatqılardan hazırlanan bu qumu uşaqlar üçün terapiya materialı da hesab etmək olar. Oyun zamanı müxtəlif fiqurlar hazırlayan balacalar, daha diqqətli və səbrli olmağı öyrənirlər. Ağıllı qum olaraq tanınan bu vasitə balacaların bacarıqlarını asanlıqla önə çıxararaq, onların maraq dairəsində yer tuta bilir. Mütəxəssislər hesab edir ki, bu tip oyunlarla vaxt keçirən uşaqların yaradıcı düşünmə qabiliyyəti daha güclü olur.Kinetik qumun köməyi ilə istənilən fiqurlar qurula bilər.  Bu da uşaqların ibtidai riyazi biliklərinin inkişafına yardımçı olur. Məsələn, müxtəlif ölçülü və formalı qablardan istifadə edərək onlara ağır-yüngül, dolu-boş, az-çox, bərabər kimi anlayışları əyani şəkildə öyrətmək mümkündür. Əgər övladınız hiperaktivlikdən əziyyət çəkirsə kinetik qumla oyun ona diqqətini bir yerə cəmləməkdə kömək edəcək.