“Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda inşa müsabiqəsinin yekun tədbiri baş tutub

28 2019 09:46

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi və ARB Günəşin media tərəfdaşı olduğu “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda inşa müsabiqəsinin yekun tədbiri baş tutub. Müsabiqə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar uşaqlar arasında keçirilib. Tədbirdə müxtəlif dövlət komitələrinin sədrləri, ziyalılar və məktəblilər iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək  Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın dünya tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib.Tədbirdə qeyd olunub ki, Xocalı  soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 76 uşaq yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.  Bu həqiqətlərin gənc nəslin və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının önəmi vurğulanıb. Müsabiqədə 953 uşaq iştirak edib. Məktəblilər inşaları azərbaycan, rus və ingilis dillərində təqdim ediblər. Qaliblər 3 yaş kateqoriyası üzrə müəyyən olunub.Sonda inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.