Körpələr evi və uşaq bağçalarında hansı tibbi yardımlar göstərilir?

28 2019 09:50

Uşaqların sağlamlığının qorunması həm valideynlərin həm də təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Körpələr evi və uşaq bağçalarında tibb məntəqələri fəaliyyət göstərir. Bəs burda uşaqlara hansı tibbi yardımlar göstərilir?Nəzərə alsaq ki, balaca dostlarımız günün çox hissəsini bağçada keçirir. Uşaq orqanizmi həssas olduğundan burda ikiqat diqqətli olmaq tələb olunur. Ona görə də Uşaqlar bağçaya gələn kimi tibb bacısı tərəfindən yoxlanılır. Şabran şəhər bir saylı uşaq bağçasının tibb işçisi Gülnarə Pirquliyeva deyir ki, uşaqlarda daha çox müşahidə olunan hallar mövsümi qripdir. Bu zaman onların hərarəti yoxlanılır və profilaktik tədbirlər görülür. Tibb işçisi uşaqların gigiyenik qaydalara riayət etməsinə də nəzarət edir.