Dahilərin uşaqlığı Üzeyir Hacıbəyov

28 2019 10:16

Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədi rayonunda doğulub. Ailədə üç qardaş, iki bacı olublar. Atası Əbdülhüseyn bəy dövrünün savadlı, ziyalı şəxslərindən biri, anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Balaca Üzeyirin və qardaşları Zülfüqarla Ceyhunun ədəbi, musiqi istedadının formalaşmasında ailənin böyük rolu olub. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-tatar məktəbində alıb. Şuşanın zəngin musiqi ənənələri Hacıbəyovun formalaşmasına müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada ifa etməyi, muğam oxumağı bacarırdı. 1897-ci ildə "Məcnun Leyli Türbəsində" adlı səhnəcikdə, 13  yaşlı Üzeyir xorda  oxuyub.  İkiillik rus-tatar məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. 1904-cü ildə seminariyanı bitirib və müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. İbtidai siniflərdə dərs deməklə yanaşı, şagirdlərdən ibarət xor kollekivi təşkil edib. Ü.Hacıbəyovun “Filankəs” ləqəbi ilə bir çox qəzetlərdə məqalə və felyetonları çap olunub.  Leyli Məcnun operası interşum1907-ci ildə bəstəkar opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdı. Onun yaratdığı “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olub və böyük müvəffəqiyyət qazanıb. Bəstəkər bununla Azərbaycanda opera sənətinin əsasını qoyub. Ü. Hacıbəyov “Leyli və Məcnun” operasından sonra  “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm” operalarını yazıb.1911- ci ildəÜ.Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir. Bakıya qayıdaraq yazdığı operaları səhnəyə qoymaqla məşğul olur. 1913- cü ildə Sankt- Peterburqa gedərək konservatoriyaya daxil olur və musiqi təhsili alır. Üzeyir Hacıbəyovun yaradıcılığı çoxşaxəlidir. O, 1932-1936-cı illərdə “Koroğlu”operası üzərində işləyərək ilk Azərbaycan klassik operasını  bəstələyib.  Musiqili komediya janrında “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərlərini yazıb.  Görkəmli bəstəkar dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubleyi münasibətilə onun sözlərinə “Sevgili canan ”, “Sənsiz” romanslarını bəstələyib. Üzeyir Hacıbəyov Bakı Musiqi Texnikumuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Onun elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası musiqi elmimizin inkişafına qiymətli töhfədir. Dahi bəstəkar  1948- ci ildə Bakıda vəfat edib.