Günorta yuxusunun hansı faydaları var?

28 2019 10:21

Normal yuxu rejimi uşaqların inkişafı üçün çox əhəmiyyətlidir. Bu baxımdan balacaları düzgün yuxu rejiminə öyrəşdirmək lazımdır. Kiçik yaşlarda  uşaqların yuxuya tələbatı daha çox olur. Onlar gecə yuxusundan əlavə gündüz də yatmalıdırlar. Bəs balacaların yuxu rejimi necə tənzimlənməlidir? 8 yaşlı Gülmirə yatmağı xoşlamır. Oyunları çox sevdiyindən əyləncəyə daha çox vaxt ayırmaq istəyir. Lakin anasının təkidi ilə yuxulamağa məcbur olur.Mütəxəssislər günorta yuxusunun uşaqların yaddaşına, nitqinin inkişafına müsbət təsir etdiyini bildirirlər. Bu zaman beyin günortaya qədər aldığı informasiyanı analiz edir, dincəlir. Yuxudan oyanandan sonra isə beyin rahatlaşır və uşaq daha gümrah olur. Normal yatmayan uşaqlar aqressiv olurlar. Eyni zamanda yuxu pozğunluğu sağlamlığa mənfi təsir göstərir. Yaşa görə uşaqların yuxuya tələbatı fərqlidir. 3-5 yaş aralığında olan uşaqlar üçün sutka ərzində 10-13 saat, 6-13 yaşındakı uşaqlar isə 9-11 saat yatmalıdırlar.