Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etiraz edən Zəhranı tanıyaq

01 2019 10:36

Karateçi Zəhra Salmanlının son günlər adı dillər əzbəri olub. Buna səbəb isə İranda keçirilən beynəlxalq yarışda əsl vətənpərvər kimi sərgilədiyi davranışıdır. Belə ki, idmançı dostumuz tatamiyə çıxarkən Azərbaycan bayrağının Ermənistan bayrağı altında asılmasını görərək buna  etiraz edib. Bu səhv aradan qaldırılmayınca yarışa çıxmayacağını bildirib. Bayrağımızın yeri dəyişdiriləndən sonra o turnirə davam edib. Zəhra bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.Zəhra Salmanlı karate ilə 3 ildir məşğul olur. Məşqlərini Sərhədçi İdman Olimpiya Mərkəzində keçir. Zəhraya karatenin sirlərini öyrədən  Zöhrab Səfərovun yetirməsinə ümidləri böyükdür. 11 yaşlı idmançı bir çox uğurlar qazanıb. Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan 21-ci Açıq Respublika Kuboku, 5-ci Beynəlxalq Açıq Karate Master kuboku, 20-ci Açıq Respublika Çempionatı və başqa yarışlarda  yüksək nəticələr əldə edib. Zəhra may ayında Ukraynada keçiriləcək Semi Kontakt Dünya Çempionatına hazırlaşır.