Fevral niyə 28 gün olur?

01 2019 11:06

İndi istifadə etdiyimiz təqvimdə ilin 12 ayından 11-i 30 və ya 31 gündən ibarətdir. Yalnız fevral ayı 28, dörd ildən bir isə 29 gün olur. Görəsən bu, fevral ayı niyə qısadır?Dostlarımızın da fevral ayının niyə 28 gün olması ilə bağlı maraqlı fikirləri var.Romalılar milad təqvimindən əvvəl 10 aylıq təqvim tərtib ediblər. Həmin təqvimdə il gecə və gündüzün bərabər olduğu və təbiətin oyandığı mart ayından başlayıb.  10 aylıq təqvimdə yerdə nəzərə alınmayan 60 gün saxlanılıb. Həmin günlər yanvar və fevral adları ilə təqvimə əlavə olunub və bununla da təqvim tamamlanıb. Yuli Sezarın vəfatından sonra romalılar aylardan birini çox sevdikləri imperatorun şərəfinə  Yuli – yəni iyul adlandırıblar. Sezardan sonra hakimiyyətə gələn imperator Oktavian Avqust öz şərəfinə Sextilis ayının adını dəyişərək avqust elan edib. Ancaq ortaya başqa bir problem çıxıb. Sezarın adı ilə bağlı iyul ayı 31 gün, Avqust ayı isə 30 gün olub. İmperator 29 gündən ibarət olan fevraldan bir gün götürüb avqust ayına əlavə etməklə məsələni yoluna qoyub.  Beləliklə, iyul və avqustun günləri bərabərləşib. Fevrala isə 28 gün qalıb. Bu ay dörd ildən bir isə 29 gün olur. Bəs bunun səbəbi nədir? Ona da aydınlıq gətirək. Belə ki, Yerin Günəş ətrafındakı tam dövrəsi 365 gün 6 saata bərabərdir. Hər il yerdə qalan 6 saat toplanaraq 4 ilə 1 gün edir və o gün fevral ayına əlavə edilir.