Plastik qablar təbiətə necə ziyan vurur?

01 2019 12:41

Quba şəhərinin bir çox yerlərində plastik qabların toplanması üçün xüsusi qutular quraşdırılıb. Məqsəd təbiətə atılan plastik tullantıların qarşısını almaq və təbiətə ziyan vurmamaqdır.Bəzi insanlar plastik butulkaları fərqinə varmadan hara gəldi atır. Təbiətsevər məktəblilər maraqlı təşəbüssə imza atıblar. Onlar parkı plastik tullantılarından təmizləyiblər. Belə ki, şagirdlər butulkaları yığaraq, onları zibil qutusuna atıblar. Məktəblilər sakinləri istirahət üçün nəzərdə tutulan əraziləri çirkləndirməməyə səsləyiblər.Dostlar plastik qablar insan orqanizmi ilə bərabər, torpaq qatına da ziyan vurur. Belə ki, plastik qabları torpağa basdırdıqda çürümür. Mütəxəssislərin sözlərinə görə bu qablar təxminən 400 il torpaqda qala bilir. Nəticədə plastik tullantıların tərkibində olan kimyəvi maddələr ətraf mühiti zəhərləyir. Bu da torpağın mütbitliyini azaldır.