Gender bərabərliyi mövzusunda tədbir keçirilib

01 2019 12:46

Bakı şəhəri C.Cabbarlı adına  187 nömrəli tam orta məktəbdə gender bərabərliyi mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, Ailə, Qadın  və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının nümayəndələri iştirak ediblər. Məktəblilər gender bərabərliyi, uşaq hüquqları ilə bağlı səhnəciklər nümayiş etdirib, şeirlər söyləyiblər.Tədbirdə qadınların cəmiyyətdəki rolundan danışılıb. Daha sonra gender məsələlərindən bəhs edən videoçarxlar nümayiş olunub.Sonda şagirdlərin əl işlərindən ibarət sərgi təqdim olunub.