Məktəblilər mərcidən Azərbaycanın xəritəsini hazırlayıb

02 2019 12:10

Şabran rayonu, Gəndob kənd tam orta məktəbinin şagirdləri mərcidən Azərbaycanın xəritəsini hazırlayıblar. Xəritənin hazırlanmasında təxminən 500 mərci dənəsi istifadə olunub. Uşaqlar mərciməklə bərabər, qarabaşaq, çörəkotu və noxuddan da maraqlı əl işləri ərsəyə gətiriblər. İlk olaraq kardon üzərinə  hazırlanacaq əl işinin təsviri çəkilir. Daha sonra bitki dənələri yapışqan vasitəsilə tabloya yapışdırılır. Məktəblilər qarabaşaqdan istifadə edərək cizgi filmi qəhrəmanlarının portretlərini yaradıblar.  Həmçinin onlar şəbəkə sənətini də öyrənməyə çalışırlar.İstedadlı dostlarımız may ayında keçiriləcək yaradıcılıq festivalına hazırlaşırlar.