Niyə uşaqlar nağıl qəhrəmanlarına bənzəmək istəyir?

02 2019 12:22

Uşaqlar nağıl qəhrəmanlarını çox sevirlər. Həmişə onlara bənzəməyə çalışır, obrazların hərəkətlərini təqlid edirlər. Bu gün balaca dostlarımız nağıl qəhrəmanlarını canlandırırlar. Həmişə nağıllarda haqqında eşitdikləri bu obrazlarda çıxış etmək onları çox sevindirir. Tərbiyəçi Qıztamam Əmirxanova deyir ki, çılğın, dəcəl uşaqlar ayı, canavar, sakit təbiətli uşaqlar isə dovşan, kirpi, Tıq tıq xanım, çoban və nənə obrazlarını canlandırmağı xoşlayırlar. Bu uşaqların daxili aləmindən xəbər verir.  Müsbət qəhrəmanlar balacaları daha çox cəlb edir və onlara oxşamağa çalışırlar. Nağıllar uşaqların dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Orada cərəyan edən hadisələr əsasında yaxşını pisdən, doğrunu  yanlışdan ayırd etməyi öyrənirlər.