Yol hərəkəti qaydaları uşaqlara necə aşılanır?

02 2019 12:25

Hər bir məktəbli təhlükəsizliyini qorumaq üçün yol hərəkəti qaydalarını bilməlidir. Çünki, hər gün müxtəlif yollardan istifadə edirik. Hər hansı diqqətsizlik, səhv hərəkət xəsarət almağımıza, xoşagəlməz hallarla üzləşməyimizə səbəb ola bilər. Bəs uşaqlar yol hərəkəti qaydalarını bilirlərmi?Yolu keçərkən yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməliyik. Əgər piyada keçidi yoxdursa sağa, sola diqqətlə baxıb avtomobillərin uzaqda olduğuna əmin olandan sonra keçmək lazımdır. Piyada zolağından istifadə edərkən nəqliyyatın tam dayanmasını  gözləməliyik. İşıqforun yaşıl işığı yandıqdan sonra ləngimədən yolu keçmək lazımdır. Sonda bir neçə qaydanı diqqətinizə çatdıraq: Gedəcəyiniz avtobusun gəlib-gəlməməsini yoxlamaq məqsədilə yolun hərəkət hissəsinə çıxmayın. Avtobus dayanacağa gəldikdə dərhal minməyə tələsməyin, gözləyin nəqliyyat vasitəsi tam dayansın və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşın. Salondakı tutacaqlardan tutmaq vacibdir, çünki avtobus hərəkət etdikdə, ani dayandıqda yıxılıb xəsarət ala bilərsiniz. Avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqdan hərəkət edin. Əgər zolaq yoxdursa avtobusun dayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusun qarşısından yolu keçmək həyatınız üçün təhlükəlidir.