Məktəblilər tullantılardan maketlər hazırlayıb

08 2019 11:31

Gördüyünüz bu əl işləri 191 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanıb. İstedadlı dostlarımız  tullantılardan, istifadəsiz əşyalardan çox gözəl aksesurlar, maketlər yaradırlar.Dərnəyin təşkilində məqsəd ətraf mühitin çirklənməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsinə kömək etməkdir. Uşaqlar istifadəsiz məmulatları yenidən yararlı hala gətirərək faydalı işlər görürlər. Bununla təbiətə atılan tullantıların azalmasına yardımçı olurlar.Məktəbliləri həvəsləndirmək üçün hər ayın sonu 1 şagirdin fərdi sərgisi  təşkil olunur.