Prezident yanında QHT-lərə DDŞ Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

08 2019 11:34

Mərasimə QHT rəhbərləri olan xanımlar, müxtəlif ölkələrin diplomatik korpus təmsilçiləri qatılıblar. Şuranın sədri, millət vəkili Azay Quliyev çıxış edərək xanımları təbrik edib. Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayıb. Onların istər ailədə, istərsə də cəmiyyətdə mühüm rolu var. Buna görə də azərbaycanlı xanımlar böyük hörmətə və diqqətə  layiqdirlər.Maraqlı məqamlardan biri də o olub ki, iştirakçı xanımlar tədbirə milli geyimdə  gəliblər. Bununla tarixi keçmişimizə, milli dəyərlərimizə diqqətlərini nümayiş etdiriblər.Çıxışlardan sonra tədbirin bədii hissəsi  başlayıb.