Uzun saçlar uşaqların sağlamığına necə təsir edir?

08 2019 11:38

9 yaşlı Melisanın uzun saçları var. Saçlarının uzanması üçün həvəs onlara qulluq edir. Çətin olsa da bundan narahat olmur. Uzun saçlar xoş görüntü yaratsa da, uşaqların normal inkişafına mane ola bilər. Çünki, uzun saç orqanizmdəki qida maddələrinin böyük əksəriyyətini mənimsəyir.Uzun saçlar məktəblilərdə diqqət dağınıqlığına da səbəb ola bilər.Uzun saç saxlamaq istəyində israrlı olan qızlar bir sıra məqamlara diqqət etməlidirlər. Saçlara mütəmadi qulluq olunmalıdır. Onları darayarkən, köklərindən uclarına doğru yox, uclarından başlayaraq hissə-hissə daramaq lazımdır. Saçlar həftədə 3-4 dəfə yuyulmalıdır. Uzun saç saxlayırsınızsa sağlam qidalanma da çox əhəmiyyətlidir. Ət, süd məhsulları, soya, qoz, fındıq orqanizmi gücləndirir, saçların şux və təravətli olmasına kömək edir.