AFFA-nın təşkilatçılığı ilə məktəblilər arasında respublika birinciliyini davam edir

08 2019 11:44

Azərbaycan Futbol Federasiyaları Asosyasiyasının təşkilatçılığı ilə məktəblilər arasında respublika birinciliyini davam edir. Turnirdə 10- 14 yaşlı uşaq və yeniyetmələr çempionluq uğrunda mübarizə aparır. Respublika birinciliyinə 12 regiondan  584 komanda  qatılıb.Şimal regionunu təmsil edən komandalar arasında oyunlar Quba Olimpiya kompleksində keçirilir. Seçmə mərhələnin son turunda Şabran və Araz-Bakı komandaları qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib. Hesabı qonaq komanda açsa da sonda sevinən tərəf Şabran futbolçuları olub: 3-1.Hər region üzrə ilk üç yeri tutan komandalar pley-of mərhələsində güclərini sınayacaqlar. Artıq Qubanı 10-14 yaş qruplarında təmsil edən heyətlər növbəti mərhələyə vəsiqə qazanıb. Çempionata aprelin sonunda yekun vurulacaq. Qalib gələn komandalar kubok və medallarlarla təltif olunacaq.