Uşaqlar anaları üçün 8 marta aid rəsmlər çəkiblər

09 2019 12:36

Fırça həvəskarı olan uşaqlar 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə analarını özlərinə məxsus şəkildə təbrik ediblər. Belə ki, məktəblilər anaları üçün rəsmlər çəkiblər. Onlara olan sevgi və diqqətlərini bu rəsmlərdə ifadə ediblər. Analarımız bizim qayğımıza qalır, nazımızı çəkir,  hər dəcəlliyimizə dözür. Onlara diqqət göstərmək, hörmətlə yanaşmaq hər birimizin borcumuzdur. Məktəblilər inanır ki, bu hədiyyə analarını  çox sevindirəcək. Dostlar, ananıza sevginizi bildirmək üçün heç də çox qiymətli, böyük hədiyyələr almağa ehtiyac yoxdur. Ananızı xoş sözlərlə, bir şerlə, hazırladığınız əl işi ilə təbrik etsəniz onlar üçün yetər.