Şagirdlər sinifdə balaca kitabxana yaradıblar

09 2019 15:25

Quba şəhər 1 saylı tam orta məktəbin 8T sinfinin şagirdləri  maraqlı təşəbbüsə imza atıblar. Belə ki, məktəbli dostlarımız  oxuduqları sinifdə kitabxana yaradıblar. Hazırda sinif kitabxanasının fondunda 100-ə yaxın kitab var. Şagirdlərin kitabxana yaratmaqda məqsədi odur ki, həmyaşıdlarını mütaliəyə həvəsləndirsinlər. Oxuduğu ədəbiyyatları, əsərləri bir-biri ilə paylaşmaq onların biliyini, dünya görüşünü daha da artırır. Aparılan təbliğat nəticəsində başqa məktəblərin müəllimləri də bu kiçik kitabxanaya öz kitab töhvələrini veriblər. Uşaqlara bu işdə müəllimləri Anar Hüseynov yaxından kömək edir. Hər ayın sonunda kitabxananın ən fəal oxucusuna maraqlı kitablar hədiyyə olunur.