Məktəblilər xizək sürərkən...

11 2019 09:16

“ARB Günəş”in “Gəlin oynayaq” verilişində Qubanın Püstəqasım kəndində uşaqların qar sevinci lentə alınıb. Xizəklə sürüşən uşaqlar efir vasitəsi ilə onları izləyən dostlarına qarlı havada xizək sürməyin nə qədər maraqlı və əyləncəli olduğunu nümayiş etdiriblər.Hazırda əksər uşaqlar daha çox kompüter və mobil telefon oyunları oynayır,  açıq havada az vaxt keçirirlər. Bu da onların sağlamlığına mənfi təsir edir. Amma  təbiət qoynunda, həmyaşıdları ilə birgə oyun oynamaq uşaqların fiziki və psixoloji cəhətdən inkişafı üçün çox faydalıdır. “Gəlin oynayaq” verilişi hər həftənin bazar günü saat 10:30-da “ARB Günəş”in efirində yayımlanır. Proqramda unudulmaqda olan oyunlar, açıq havada əyləncəli vaxt keçirməyin uşaqlara faydaları, sağlam həyat tərzi təbliğ olunur.