Basketbola uşaqların marağı necədir?

12 2019 11:17

İdman uşaqların inkişafında əhəmiyyətli yer tutur. Hər idman növünün faydaları fərqlidir. Basketbol oyunu da uşaqlara saysız faydası olan idman növlərindən biridir. Komanda formasında oynanılan və aktiv ünsiyyət qurulan bu oyunda uşaqlarda kollektivçilik vərdişləri formalaşdırır. Basketbol sayəsində uşaqların liderlik bacarıqları üzə çıxır və özlərinə güvəni artır. Bəs dostlarımız arasında basketbola maraq hansı səviyyədədir?Basketbola başlamaq üçün ən ideal dövr 9 yaş hesab olunur. Basketbol sürət, cəldlik tələb edən oyundur. Bu da uşaqların fiziki cəhətdən inkişafına çox kömək edir.  Nəzərə almaq lazımdır ki, idmanın faydaları düzgün yuxu rejimi və sağlam qidalanma ilə daha da artır. Hər idman növündə olduğu kimi basketbolçular  da bu nüanslara diqqət etməlidir.