Fitonsid nədir?

12 2019 11:37

Fitonsid havada antibiotik xassəsi daşıyır. Bu maddə 40-a yaxın ağac və kol bitkisi tərəfindən atmosferə ifraz olunsa da, bu işi ən çox iynəyarpaqlı ağaclar görür. Şam ağacının fitonsidi vərəm xəstəliyinin sağalmasına kömək edir. Ağ Şamın fitonsidi difteriya mikroblarını, qovağın və palıdın fitonsidləri isə ishal çöplərini məhv edir.Gördüyünüz bu dostlarımız Quba Uşaq Gənclər İnkişaf Mərkəzinin “Təbiətsevərlər” dərnəyinin üzvləridir. Biz bu gün ağacların təbiətə və insanlara faydasından danışacayıq.Fitonsid təkcə bitkilərdə də xəstəlik törədən mikrobları məhv edir. Məsələn, alma, armud, limon, naringi və başqa meyvələri zərərli mikroorqanizmlərdən qorumaq üçün bəzən onları  “fitonsidli kağız”lara bükürlər.