Qubada məktəblilərin yaradıcılıq müsabiqəsi baş tutub

12 2019 11:43

Məktəblilərin Yaradıcılıq festivalı Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqə dram, dekorativ-tətbiqi sənət  və ekologiya nominasiyaları üzrə keçirilib. Rayon mərhələsində Qubanın 12 məktəbindən 150-ə yaxın şagird istedad və bacarığını nümayiş etdirib.Məktəblilər Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından, Cəlil Məmmədquluzadənin “Anamın kitabı“ əsərindən, Səməd Vurğunun “Vaqif” dramından, “Arşın mal alan” operettası və “Qaynana”  filmindən   səhnəciklər göstəriblər.Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaqları üzə çıxarmaq, yaradıcılıq meydanında onlara yer verməkdir.Müsabiqədə ilk 3 yeri tutan məktəblilər zona birinciliyində iştirak etmək hüququ qazanacaqlar.