Balaca rəqqaslar həm milli, həm də dünya xalqlarının rəqslərini öyrənirlər

12 2019 11:51

Bu gün sizi rəqqas dostlarımızla tanış edəcəyik. Onlar həm milli, həm də dünya xalqlarının rəqslərini öyrənirlər. Balaca rəqqaslar məşqə başlamazdan öncə gimnastik hərəkətlər edirlər. Daha sonra həvəslə rəqslərin məşqinə başlayırlar. Xareoqraf Sevinc Şirinova deyir ki, rəqs uşaqlar üçün həm zövqlü bir əyləncə, həm də bir növ idmandır. Rəqslə məşğul olmaq məktəblilərə yüksək əhval-ruhiyyə və sağlamlıq bəxş edir. Bundan əlavə hiperaktivliyi olan uşaqlara da müsbət təsir göstərir. İstedadlı dostlarımız rəqsin incəliklərini dərindən öyrənib böyük səhnələrdə çıxış etmək istəyirlər. Biz də onlara uğurlar arzulayırıq.