2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “Yurdumuza bahar gəlir’’ adlı tədbir təşkil edilib

13 2019 10:00

2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ABŞ-ın New York şəhər “My Way’’ Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə Yurdumuza bahar gəlir’’ adlı tədbir təşkil edib. Məqsəd fərqli mədəniyyətlərə sahib uşaqları bir araya gətirmək, onlar arasında dostluq yaratmaqdır. ənənəvi olaraq 3-cü ildir keçirilən bayram tədbirində incəsənət xadimləri də qatılıb.Tədbirdə istedadlı məktəblilərin əl işləri sərgilənib. Onlar rəsmlərində Novruz adət-ənənələrini və baharın gəlişini təsvir ediblər. Daha sonra uşaqlar bayram əhval-ruhiyyəli mahnılar oxuyub, maraqlı səhnəciklər və rəngarən rəqslər nümayiş etdiriblər.Qonaqlar tədbirdən xoş təəssüratlarla ayrılıblar.