Məktəb kitabxanalarının fəaliyyəti hansı səviyyədədir?

13 2019 10:05

Kitablar ən yaxın dostumuzdur. Buna görə də onlara diqqətlə yanaşmalıyıq. Quba rayonu Hacıqayıb kənd tam orta məktəbinin şagirdləri məktəb kitabxanasında qismən sıradan çıxan kitabları bərpa ediblər. Şagirdlər bədii ədəbiyyatların və dərsliklərin qopan, cırılan vərəqlərini yapışdırıblar. Uşaqlar qismən də olsa kitabları əvvəlki vəziyyətlərinə qaytarıblar.Bəzi məktəblilər ilk dəfə idi ki, bu aksiyada iştirak edirdilər. Uşaqlar vaxtlarını səmərəli keçirməklə bərabər, doğma məktəblərinə fayda vermiş oldular. : Şagirdlər ümumilikdə 30 kitabı kitabxanaya yenidən qazandırıblar.