Məktəblilər Novruz xonçası hazırlayıblar

13 2019 10:14

Novruz bayramının gəlişinə ən çox uşaqlar sevinir. Maraqlı bayram adətləri, oyunlar məktəblilərin sevimli əyləncəsidir.  Bu gün dostlarımız Novruzun əsas atributlarından olan bayram xonçası bəzəyəcəklər. Uşaqlar Novruz xonçasına əvvəlcə müxtəlif şirniyyatlar, dadlı çərəzlər qoyublar.  Bayramın maraqlı adətlərindən biri də yumurta boyamaqdır. Dostlarımız xonçaya  boyalı yumurtalar qoyublar. Novruz xonçasında ənənəyə görə  şamlar da yer almalıdır. Yumurta döyüsdürmə səhnəsi.