Zahid Xəlillə məktəblilərin görüşü baş tutub

13 2019 10:17

Bakı şəhər Humanitar Fənlər Təmayüllü məktəb-liseydə  uşaq yazarı Zahid Xəlillə məktəblilərin görüşü baş tutub. Görüşdə ibtidai sinif şagirdləri iştirak ediblər. Məktəblilər yazıçının “Dünyanın ən qəribə orkestri”, ”Yumru yumaqlar”, “Canavar və qırmızıpapaq”, ”Rəqəmlərin dünyası” əsərlərini səhnələşdiriblər. Yel çərşənbəsi ilə bağlı bayram nəğmələri səsləndirib, şeirlər söyləyiblər.Uşaqların sevimli yazarı onların suallarını cavablandırıb, iştirakçılara yeni qələmə aldığı nağıl, şeirlərdən söyləyib. Tədbirin sonunda məktəblilər Zahid Xəlili qarşıdan gələn ad  günü münasibəti ilə təbrik edib ona hədiyyələr  təqdim ediblər.