Meşədə səmti necə müəyyən etmək olar?

14 2019 11:39

Şabran rayonu, Zeyvə kənd tam orta məktəbinin şagirdləri çətin hava şəraitində meşəlik ərazidə azmamağın yollarını öyrənəcəklər. Nəzərə alsağ ki, qış mövsümündə sıx meşəlik ərazidə yolu tapmaq çətin olur. Çünki, ağacların yarpaqlarının olmaması, havanın buludlu olması, günəşli saatların az olması meşəlik ərazidə səmti tapmağa mane olur. Dostlar meşəlik ərazidə səmtin təyin olunması üçün kompasın olması vacib deyil. Bunun üçün meşə massivində olan ən yüksək məntəqəni tapmaq lazımdır. Bu sizə ətrafı rahat şəkildə görməyinizə və məntəqələri təyin etməyinizə imkan verəcək. Coğrfiya müəllimi Elxan Həsənov deyir ki, meşəlik ərazidə azan zaman ilk olaraq gəldiyiniz yola nəzər yetirin. Əgər ayağ izləri qalıbsa ona uyğun hərəkət edin. Dostlar meşəlik əraziyə üz tutmazdan əvvəl oranın relyefi haqqında  qabağcadan məlumat alın. Bu sizin meşədə azmamağınızı təmin edəcək.