Şagirdlər UNESCO-nun təşkil etdiyi Beynəlxalq festivalda uğur qazanıb

14 2019 11:41

Siyəzən Şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin şagirdləri Yuneskonun Beynəlxalq Jurnalistika və Ədəbiyyat akademiyasının təşkil etdiyi “Dünyanın səsini” duyaq adlı Beynəlxalq festivalda uğur qazanıb. Azərbaycanlı məktəblilər  müsabiqədə ilk dəfədir ki, iştirak edir. Festival “Poeziya”, “Hekayə”, “Mahnı”, “Ədəbi-bədii kompozisiya”, “Rəsm”, “Foto”, “Jurnalistika”, “Yazılı kütləvi informasiya”, “Etnoqrafiya və xalq sənəti”, ”Texniki yaradıcılıq”, “Bədii qiraət” nominasiyaları üzrə keçirilib. Siyəzən məktəbliləri müsabiqəyə ”Texniki yaradıcılıq” üzrə  əl işlərini təqdim ediblər.Məktəblilər hazırladıqları maketlər haqqında məlumatı onlayın formada göndəriblər.Festivalda Siyəzən Şəhər 1 saylı tam orta məktəbin 7 şagirdi iştirak edib. Festivalda 7-ci sinif şagirdi Elmir Hüseyinlinin hazırladığı qapı zəngi 2 yer, 8-ci sinif şagirdi Fərhad Nürəhmədovun ərsəyə gətirdiyi elektrik mişarı isə 3 yerə layiq görülüb. Layihədə yer tutan iştirakçılar diplomla təltif olunublar. Müsabiqəyə Azərbaycandan ümumilikdə 300 yaxın məktəblinin əl işi təqdim olunub. Texniki yaradıcılıq üzrə 40 nəfər şagirdin hazırladığı maket birincilik uğrunda mübarizə aparb. Dünyanın bir çox ölkələrindən uşaq və gənclərin qatıldığı festival indiyə qədər 15 dəfə təşkil edilib.Müsabiqəyə Azərbaycanla yanaşı 13 ölkənin şagirdəri qatılıb.