Səliqəli yazı yazmaq üçün nələrə diqqət etmək lazımdır?

16 2019 10:13

Bəzi şagirdlər yazı yazarkən xəttinin səliqəsinə fikir vermir. Hərfləri biri çox kiçik, biri böyük, ya da cümlə əvvəlinin yuxarı, sonu aşağı olur. Bəs məktəblilər yazı yazarkən hüsnxətt qaydalara diqqət edirlərmi?Xəttimizin gözəl alınması üçün nə etməliyik? İbtidai sinif müəllimi Xəyalə Kəlbəliyeva deyir ki, səliqəli yazı yazmaq üçün ilk növbədə şagird parta arxasında düzgün əyləşməlidir. Qələm barmaqlar arasında rahat tutulmalıdır, nə bərk sıxmaq, nə də boş tutmaq olmaz. Həmçinin qələmin ucu dəftərə möhkəm sıxılmamalıdır. Yaxşı olar ki, xətti səliqəsiz olan uşaqlar gün ərzində 20-30 dəqiqə yazı işi ilə məşğul olsunlar.Şagirdlər sürətli yazı yazmağa da vərdiş etməlidirlər. : Çap maşının olmadığı dövrlərdə kitablar əllə yazılıb artırılırdı. Bu işi isə xəttatlar görürdü.   Onların çox gözəl və səliqəli xətti olurdu.