Xaçmaz şəhər 1 saylı orta məktəbdə Novruz şənliyi keçrilib

16 2019 11:49

Xaçmaz şəhər 1 saylı məktəbin 3a sinfinin şagirdləri Novruz şənliyi təşkil ediblər.  “Novruz elimizə xoş gəlib” adlı tədbirdə xalqımızın qədim adət-ənənələri sərgilənib. Uşaqlar Novruz ənənələri haqqında iştirakçılara məlumat verib və səhnəciklərdə bu adətləri nümayiş etdiriblər. Daha sonra istedadlı dostlarımız musiqilər ifa edib, şeirlər söyləyib, rəqs edib əyləniblər. Novruzun əsas personajları olan Kosa və Keçəlin şənliyə gəlişi  böyük maraqla qarşılanıb. Sonda iştirakçılara bayram yumurtaları paylanıb. Uşaqlar Kosa və Keçəllə yumurta döyüşdürüblər.