Uşaqlarda disleksiya problemini nece aradan qaldırmaq olar?

16 2019 12:17

Uşaqlar arasında çox rast gəlinən öyrənmə problemlərindən biri disleksiyadır.   Yunan sözüdür və mənası "sözlərlə çətinlik çəkmək" deməkdir. Disleksiyası olan uşaqlar həftənin günlərini, rəqəmləri ardıcıl şəkildə deyə bilmir, oxumaqda, diqqətini cəmləməkdə çətinlik çəkirlər. Həmçinin onlarda nitqdə gecikmə, yeni sözləri gec öyrənmə, danışarkən düzgün ifadələrdən istifadə etməmək kimi əlamətlər müşahidə olunur. Bəs buna səbəb nədir?Araşdırmalar göstərir ki, disleksiyanın intellekt və təhsil səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Bu problemdən əziyyət çəkənlərin normal intellektə sahib olduqları bəllidir.Əgər uşaqda sadalanan əlamətlər müşahidə olunursa vaxtında diaqnoz edilməsi və onlara lazımi yardımın göstərilməsi vacibdir. Disleksiya diaqnozu psixoloq tərəfindən müəyyənləşdirilir.  Onun müalicəsi yoxdur, amma tədris metodları problemin yüngülləşməsinə kömək edə bilər.