“Millət vəkili onlayn oyunlarla bağlı xəbərdarlıq etdi”

18 2019 12:44

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili Sevinc Fətəliyeva və 9 yaşlı Arzu olub. Sevinc xanım söhbət zamanı uşaqları onlayn oyunlardan uzaq durmağa səsləyib. Bu oyunları təhlükə mənbəyi adlandırıb. O bildirib ki.internetin bu təhlükəsindən uşaqları qorumaq lazımıdr.Valideynlər də bu mövzuya xüsusi ilə diqqətlə yanaşmalıdır.Balaca Arzu isə sehirli çubuq arzuladığını dilə gətirib. Belə çubuğu olarsa, ilk növbədə insanları sevindirəcəyini deyib.  Sevinc xanım söhbətin davamında uşaqlıqda həkim olmaq arzusundan danışıb. Millət vəkili deyib ki, bu sənətə o qədər həvəsim var idi ki, gəlinciklərimi müalicə və müayinə edirdim. O, mütaliənin əhəmiyyətindən söz açıb. Məktəblilərə kitab oxumaqla yanaşı,  filmə baxmağı da tövsiyə edib.“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.