Xan Şuşinski adına Uşaq Muğam Musiqi məktəbində Novruz bayramı münasibəti ilə şənlik təşkil olunub

19 2019 11:08

Tədbirdə musiqi məktəbinin yaradıcı kollektivləri, müəllimlər və valideynlər iştrak ediblər.Məktəblilər Novruzun tarixi, bayram adət-ənənələri ilə bağlı qonaqlara məlumatlar veriblər. İstedadlı dostlarımız müxtəlif musiqi alətlərində ifa edib, şerlər səsləndiriblər.  Onlar bayram əhval ruhiyyəli  ifaları ilə hər kəsin zövqünü oxşayıblar.Tədbirdə çıxış edən dostlarımızın rəqsləri də şənliyə xüsusi maraq qatıb.