Quba rayon Bağbanlı kənd tam orta məktəbində Novruz şənliyi keçirilib

19 2019 11:28

Quba rayonu Bağbanlı kənd folklor evi və Bağbanlı kənd tam orta məktəbinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Şagirdlər tonqal qalayıb üstündən atlanıblar. Daha sonra “Ən yaxşı xonça” müsabiqəsi təşkil olunub. Məktəblilər müxtəlif şirniyyat və təamlardan Novruz xoçaları hazırlayıblar. Bayram şənliyində şagirdlər mahnı və rəqslərlə çıxış ediblər. Kosa və keçəlin meydana təşrif buyurması, onların şən zarafatları  hər kəsin marağına səbəb olub.Qüdrət Əliyarov - folklor evinin direktoruXonça müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif olunub.