Uşağın yaşına uyğun çəkisi nə qədər olmalıdır?

19 2019 11:41

Çəki azlığı uşaqlarda tez-tez rast gəlinən problemlərdəndir. Uşağın yaşına uyğun normal çəkisi gələcək sağlamlığı üçün olduqca vacibdir. Çəki azlığı bir çox amillərlə bağlı ola bilər. Bunun ən geniş yayılmış səbəbləri iştahsızlıq, mədə-bağırsaq qurdlarıdır.Çəki azlığı problemi olan uşaqların valideynləri onları daha çox qida qəbul etməyə məcbur edirlər. Lakin bu hal balacalarda yeməkdən imtinaya belə gətirə bilər. Birinci növbədə səbəb müəyyən olunmalıdır. Uşaqlar çəkisinin normal səviyyəyə çatması üçün kalorili qidaların qəbulu artırmalıdır. Bu zaman həkimlə məsləhətləşmək, hansı ərzaqların effektli olduğunu dəqiqləşdirmək lazımdır. Meyvə və tərəvəzlər, ət məhsulları yüksək kaloriyə malik olduğundan çəkinin normallaşmasına kömək edə bilər.