Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə “Xonça müsabiqəsi” keçirilib

27 2019 17:22

Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə məktəblilər arasında “Xonça müsabiqəsi” keçirilib. Hər sinfin şagirdləri müsabiqəyə hazırladıqları xonça və cücərtdikləri səməni ilə qatılıblar.Tədbir məktəblilərin çıxışları ilə başlayıb. Şagirdlər milli musiqilərin sədaları altında rəqslər edib, səhnəciklər göstəriblər. Daha sonra münsiflər heyəti müsabiqədə iştirak edən xonçalara baxış keçirib və onları qiymətləndirib. I, II və III yeri tutan siniflər diplomla mükafatlandırılıb.Bu məktəbdə Xonça müsabiqəsi  ənənəvi olaraq hər il Novruz bayramı ərəfəsində keçirilir.