Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin birinci turu təşkil olunub

27 2019 17:26

Sərginin təşkilində məqsəd milli adət-ənənələrimizə uşaqların diqqətini cəlb etmək, qədim tarixi köklərə malik Novruz bayramının qorunub yaşadılmasıdır.Müsabiqənin yekun sərgisində iştirak üçün 700-ə yaxın uşaq 1800-dən çox əl işi  ilə  müraciət edib. Seçim mərhələsindən sonra  270 nəfərin 290 rəsmi sərgidə nümayiş olunub. Sərgidə iştirak edən fırça həvəskarları diplom və təşəkkürnamə ilə təltif olunub. Seçilən 20 əsərin müəllifi Uşaq Rəsm Festivalına dəvət alacaq.