Novruz bayramının hansı adətləri var?

27 2019 17:31

Novruz yazın gəlişi, təbiətin canlanması münasibəti ilə qeyd olunan qədim xalq bayramıdır. Bahar bayramı uşaqlar da çox sevirlər. Məktəbli dostlarımız Novruz xonçası bəzəyiblər. Xonçaya müxtəlif şirniyyatlar, çərəzlər düzüblər.Daha sonra uşaqlar Novruz tonqalı qalayıb üstündən atlanıblar. Onlar tonqal ətrafında rəqs edib, mahnı oxuyub, yumurta döyüşdürüblər. Məktəblilər qulaq falına çıxıb, qapılara papaq atıblar. Dostlar “Noruz bayramı”  2009- cu ildə YUNESKO –un  qeyri-maddi mədəni irs siyahısına salınıb. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.