Xaçmaz 8 saylı məktəb-liseydə bayram şənliyi keçirilib

27 2019 17:36

Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin şagirdləri Novruz şənliyi keçiriblər. Tədbirdə məktəblilər  Novruz bayramının adət-ənənələrini  nümayiş etdirib və bayramın tarixi ilə bağlı iştirakçılara məlumat veriblər. Uşaqlar rəqs edib, mahnı oxuyub, şerlər səsləndiriblər. Onların rəngarəng çıxışları maraqla qarşılanıb.Novruz bayramını Kosa və Keçəlsiz təsəvvür etmək olmaz. Onların şənliyə gəlişi hər kəsə sevinc və təbəssüm bəxş edib.